Room Interiors, elit interyerlər üçün yaradılmış və bütün məhsul qruplarını bir məkanda təqdim edən ən qabqcıl mebel salonudur. Bizim  Azərbaycanda iyirmi beş illik təcrübəmiz var.

 

Lüks həyat tərzinə həsr olunmuş sərgi salonumuzda, müasir dizayn üçün lazım olan mebel, işıqlar, qapılar və ev aksessuarlarını tapa bilərsiniz. Sizin arzu etdiyiniz evin qeyri-adi hekayəsi burada başlayır.

 

Room Interiors -da missiyamız sadədir: gözəl dizayn sevənləri müasir və orijinal bir ev yaratmaq üçün lazım olan bütün imkanlarla təmin etmək.

 

Dəbdəbənin hər kəs üçün fərqli göründüyünü və fərqli hiss etdiyini bilirik, buna görə də sakit minimalist üslubundan tutmuş müasir İtalyan və zamansız klassikaya qədər geniş bir estetika nümayiş etdiririk.

01_19-10-07_OMAR-POLIFORM-VILLA-41-3059-
RIMADESIO-UPDATE-2018_9667.jpg

Sərgi salonu mütəxəssislərimiz sizə hər addımda yol göstərəcək.Onlar öz təcrübələrindən xüsusi biliklərindən istifadə edərək  sizin bütün ideyalarınızı həyata keçirməyə yardımçı olacaqlar

 

Hər üsluba və zövqə uyğun müxtəlif variantlar təklif edən unikal nümunələr və kataloqlardan ibarət unikal kitabxanamızdan da istifadə edə bilərziniz.

 

Həmçinin bizim mütəxəssislər seçdiyiniz interyeri daha yaraşıqlı təqdim etmək üçün yasayacağınız məkanın planlaşdırılmasında da sizə kömək edəcəklər. Mütəxəssislərimiz dizayn layihəsini evinizə tam şəkildə inteqrasiya etmək üçün uzun illərin təcrübəsindən istifadə edirlər.

 

Beləliklə, tamamilə yeni bir qonaq otağı, funksional bir qarderob və ya yaraşıqlı mətbəx  mebeli planlaşdırırsınızsa, doğru seçim etdiyinizdən əmin ola bilərsiniz.

#instagram